Bakı Sağlamlıq Mərkəzində 2022-ci ilin yekunu və 2023-cü ilin birinci yarısı ilə bağlı ölüm halları komissiyasının çıxışı baş tutmuşdur

24.05.2023 tarixində Bakı Sağlamlıq Mərkəzində 2022-ci ilin yekunu və 2023-cü ilin birinci yarısı ilə bağlı ölüm halları komissiyasının çıxışı baş tutmuşdur. Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun çıxışı ilə başlayan iclasda ölüm komissiyasının üzvü, baş həkim müavini Zakir Quliyev 2022-2023 illərin ilk dörd ayının göstəricilərini müqayisə etdi. Müqayisə zamanı aydın şəkildə göründü ki, ölüm halları iki dəfə azalmışdır. Mərkəzimizin ürək-damar cərrahı Vüsal Hacıyev təqdim olunan statistik göstəriciləri təhlil etdikdə buna ən böyük səbəbin 2023-cü ildə kardiovaskular və ürək damar cərrahiyyəsində baş verən ölüm hallarının azalmasını göstərdi. 2022-ci il ilə nisbətdə ölüm halları on dəfə azalmışdır. Beləki, 2022-ci ildə on bir nəfər, 2023-cü ildə bu say sadəcə bir nəfər idi. Ən çox ölüm hallarının baş verdiyi şöbə neyrocərrahiyyə şöbəsi olduğu bildirilmişdi və həmin şöbədə səkkiz ölüm halı qeydə alınmışdı. Bu statik göstəricilərdən sonra kommisiyanın sədri, professor Məhəmməd Kərimov ölüm halları ilə bağlı yaradılan kommisyanın iş prinsipi, gördüyü işlər və ötən aylarda yaranan problemlər və olanların həll yolları haqqında çıxış etdi. 2022-2023 cü illərdə baş verən ölüm hallarının müzakirəsi əsasında baş tutan iclasda verilən suallar cavablandırılmış, yaradılan kommisiyanın üzvləri və həkimlərimiz arasında diskusiyyalar baş tutmuşdu. Baş tutmuş iclasdan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

Diqər xəbərlər